• menu
  •  

     

     

     

    Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə - 1884-cü il yanvarın 31-də, NovxanıBakı qəzasıBakı quberniyasıRusiya imperiyasında  anadan olmuşdur və 6 mart 1955AnkaraTürkiyədə vəfat etmişdir. Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri olub.

    Novxanı -  1813-cü ilin siyahısına görə, Abşeronda aparılan siyahıya alınma burada Maştağadan sonra ən böyük kəndin Novxanı olduğunu göstərmişdi. 1832-ci ildə Novxanıda 10 000 hektar torpaq sahəsi olub. Burada əkinçilik, üzüm bağları, zəfəran tarlaları, bostan üçün ayrıca yer olmuşdur. Burada evlərdə xalça, palaz toxunub, parçadan, zərbaftadan tikmələr yaradılıb. Bundan əlavə qoyunçuluq, taxılçılıq, bağçılıq da inkişaf etmişdir. Novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Əhali dindar olub, şiə təmayüllüdür.

    Babası – Məhəmmədrəsul Rəsulzadə. Üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbərin iki övladı olub -  Məhəmməd Əmin və Şəhrəbanu. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmmədrəsulun qız övladı olan Dostuxanımın isə övladı olmayıb. Məhəmmədrəsul Rəsulzadənin Novxanıdan başqa, həm də Bakıda – indiki Nizami metrostansiyasının yerində böyük mülkü olub.

    İnternet fərziyyələrinə görə Rəsulzadə ailəsi, Məhəmməd Əmin   (aşağı sırada soldan birinci).

       
         

     

    Atası – Axund Hacı Molla Ələkbər Rəsulzadə. Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib.Məzarı Novxanı kənd qəbirstanlığındadır. 

    Anası – Zal qızı Ziynət rəhmətə gedib. Atasının ikinci həyat yoldaşı, analığı Maral xanım, Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

    Bacısı - Şəhrəbanu xanım. Məhəmməd Əmin Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

    Məhəmməd Əminin bacısı
    Şəhrəbanu xanım Rəsulzadə

       
         

     

    Həyat yoldaşı Ümbülbanu xanım - M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.

         

     

    Qızı Lətifə Rəsulzadə - M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını “Müsavat” Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana – Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib. Firuzə Damad qızı Məmmədova — 17 yanvar 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əli Məmmədovla ailə həyatı qurmuşdur. Zemfira, Rəhilə, Rəna, Həcər, Həsən adlı övladları olmuşdur.

         

     

    Oğlu Rəsul Rəsulzadə - M.Ə.Rəsulzadənin oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

         

     

    Qızı Xalidə Rəsulzadə - M.Ə.Rəsulzadənin kiçik qızı (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.

         

     

    Oğlu Azər Rəsulzadə - kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və gətirilb Novxanı məzarıstanlığında dəfn edilib. İki övladı olmuşdu: Rais və Ramiz Rəsulzadə.

     

      Həyat yoldaşı Vanda (Leyla) xanım - Məhəmməd Əmin Rəsulzadə ailəsinin sürgünə göndərildiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Onlar 1936-cı ildə Parisdə evləniblər. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1895-ci ildə anadan olub, Varşava Universitetini bitirib. Atasının adı Yan, anasının Anila olub. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki Cebeci qəbirstanlığında dəfn edilib.